Главная > Avropa > Aİ-nin müdafiə nazirləri Rusiyaya hücum məhdudiyyətlərini ləğv etmək barədə razılığa gəlməyiblər
Aİ-nin müdafiə nazirləri Rusiyaya hücum məhdudiyyətlərini ləğv etmək barədə razılığa gəlməyiblər30-08-2024, 18:50. Разместил: Rss Bot Apa |
|
Aİ müdafiə nazirləri Ukraynaya tədarük edilən silahların Rusiya ərazisində istifadəsinə qoyulan məhdudiyyətlərin birgə ləğvi ilə bağlı razılığa gəlməyiblər. APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Brüsseldə 27 Aİ ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib. “Üzv ölkələr qərara gəldilər ki, bu, ikitərəfli məsələdir, qərarı silah tədarük edən dövlətlər verməlidir. Aİ səviyyəsində strateji müzakirə aparılıb, lakin nazirlər məsələnin milli orqanların səlahiyyətində qalması barədə qərar veriblər”, - o bildirib.
Вернуться назад |