Главная > Avropa > Fransa məhkəməsi 5 milyon avro girov qarşılığında Pavel Durovu sərbəst buraxıb, ona qarşı rəsmi ittiham irəli sürülüb
Fransa məhkəməsi 5 milyon avro girov qarşılığında Pavel Durovu sərbəst buraxıb, ona qarşı rəsmi ittiham irəli sürülüb29-08-2024, 08:50. Разместил: Rss Bot Apa |
|
"Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı ittiham irəli sürülüb və o məhkəmə nəzarəti altında sərbəst buraxılıb. APA axəbər verir ki, bu haqda Fransanın Agence France-Presse (AFP) agentliyi Paris prokurorluğunun yaydığı bəyanata istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Durova Fransa ərazisini tərk etmək qadağan edilib, o, 5 milyon avro məbləğində girov ödəməlidir. "O, 5 milyon avroluq girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və Fransa ərazisini tərk etmək qadağan edilib", - prokurorluğun bəyanatında deyilir. Xatırladaq ki, Durov əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham olunub.
Вернуться назад |