Главная > Avropa > "Telegram"ın rəhbəri Pavel Durova qarşı ittiham irəli sürülüb və məhkəmə nəzarəti altında sərbəst buraxılıb
"Telegram"ın rəhbəri Pavel Durova qarşı ittiham irəli sürülüb və məhkəmə nəzarəti altında sərbəst buraxılıb29-08-2024, 00:50. Разместил: Rss Bot Apa |
|
"Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı ittiham irəli sürülüb və o məhkəmə nəzarəti altında sərbəst buraxılıb. APA axəbər verir ki, bu haqda Fransanın Agence France-Presse (AFP) agentliyi Paris prokurorluğunun yaydığı bəyanata istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Durova Fransa ərazisini tərk etmək qadağan edilib, o, 5 milyon avro məbləğində girov ödəməlidir. "O, 5 milyon avroluq girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və Fransa ərazisini tərk etmək qadağan edilib", - prokurorluğun bəyanatında deyilir. Xatırladaq ki, Durov əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham olunub.
Вернуться назад |