Главная > Avropa > Hollandiyanın xarici işlər naziri İsrailə qarşı tədbir görə bilmədiyi üçün istefa verib
Hollandiyanın xarici işlər naziri İsrailə qarşı tədbir görə bilmədiyi üçün istefa verib23-08-2025, 02:00. Разместил: Rss Bot Apa |
|
Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp İsrailə qarşı tədbir görə bilmədiyi üçün istefa verib. Sizinxeber.az xəbər verir ki, bu haqda NOS məlumat yayıb. Məlumatda hökumətin digər üzvlərinin Veldkampın atmaq istədiyi addımlara mane olunduğu bildirilir. "Mən Nazirlər Kabinetinin Qəzza və İordan çayının qərb sahilindəki hadisələrə uyğun olan əlavə tədbirlərə qarşı müqavimətini hiss etdim. Mən istefamı təqdim edəcəyəm", - Veldkamp deyib. Nazir izah edib ki, zəruri hesab etdiyi siyasəti müstəqil şəkildə həyata keçirmək imkanında özünü zəif hiss edir və yaxın aylarda vəziyyətin dəyişəcəyinə şübhə edir. Вернуться назад |