Главная > Avropa > Ukrayna əhalisinin yarısından çoxu müharibənin istənilən halda bitməsini istəyir - SORĞU
Ukrayna əhalisinin yarısından çoxu müharibənin istənilən halda bitməsini istəyir - SORĞU22-08-2025, 15:00. Разместил: Rss Bot Apa |
|
Ukraynalıların əksəriyyəti müharibənin nə bahasına olursa olsun bitməsini istəyir. Sizinxeber.az xəbər verir ki, bu İlko Kuçeriv Demokratik Təşəbbüs Fondunun keçirdiyi sorğu əsasında məlum olub. Sorğunun nəticələrinə görə, Ukrayna xalqının 73%-i Ukraynanın qələbəsinə inanır. Müharibənin nəyin bahasına olursa olsun yaxın gələcəkdə bitməsini dəstəkləyənlər isə 55% təşkil edir. Qeyd olunub ki, bu rəqəm 2024-cü ilə nisbətdə artıb. Müharibənin başlanğıcında isə əhalinin 91.5%- qələbəyə inanırdı. Qələbənin əsas göstəricilərinin nə olduğu sualına isə respondentlərin cavab nisbəti belədir: Bütün ukraynalı əsirlərin, deportasiya edilənlərin və qaçırılanların qaytarılması-37% Ukraynaya raket hücumlarının dayandırılması-30% 1991-ci ildə nəzərdə tutulmuş sərhədlər daxilində Ukrayna ərazilərinin azad edilməsi-27% Putinin hakimiyyətdən getməsi-23% Вернуться назад |