Главная > Avropa > İsveç NATO-nun logistika qərargahına ev sahibliyi edəcək
İsveç NATO-nun logistika qərargahına ev sahibliyi edəcək21-08-2025, 15:50. Разместил: Rss Bot Apa |
|
İsveç NATO-nun logistika qərargahına ev sahibliyi edəcək. APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, İsveçin müdafiə naziri Pan Conson qərargah Stokholmun şimal-qərb hissəsi olan Enkopinqdə qurulacağını deyib. Onun sözlərinə görə, NATO-nun İsveçdə mövcudluğu ölkənin təhlükəsizliyi və çəkindiriciliyini gücləndirir, logistika mərkəzi isə NATO-nun şimal cinahının müdafiəsini möhkəmləndirir. Belə ki, sülh şəraitində qərargahda təxminən 70 nəfərlik işçi heyəti fəaliyyət göstərəcək. Döyüş şəraitində isə bu rəqəm 160- a qədər yüksəldilmə potensialına malikdir. Qərargahın 2027-ci ilin sonuna qədər tam aktiv vəziyyətə gətirilməsi gözlənilir. Вернуться назад |