Главная > Avropa > Bloomberg: 10 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
Bloomberg: 10 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır20-08-2025, 11:00. Разместил: Rss Bot Apa |
|
Təxminən 10 ölkə Ukraynaya təhlüksəizlik təminatı çərçivəsində qoşun göndərməyə hazırdır.
Məlumata əsasən, 2025-ci il avqustun 19-da Avropa rəsmiləri Britaniya və Fransa qoşunlarının Ukraynaya göndərilməsi planını, onların sayını və dislokasiyasını müzakirə ediblər.
"Axios" isə öz mənbələrinə istinadən yazır ki, Ukraynaya təhlükəsizlik zəmanətlərinin hazırlanması üzrə işçi komissiyaya ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edir. Nəşrə danışan bir ukraynalı rəsminin sözlərinə görə: “Yaxın günlərdə hamı təhlükəsizlik zəmanətləri üzərində gün çıxandan gün batana qədər işləyəcək. Ola bilər ki, həftənin sonuna qədər müəyyən bir aydın mexanizm formalaşsın.” Вернуться назад |