Главная > Avropa > Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb


17-08-2025, 05:50. Разместил: Rss Bot Apa

Litva Prezidenti Gitanas Nauseda ABŞ Prezidenti Donald Trampın Kremlin rəhbəri Vladimir Putinlə görüşündən sonra Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

Alyaskadakı sammit kontekstində Nauseda Rusiyanın başlatdığı müharibənin dayandırılması üçün Donald Trampın səylərini alqışlayıb.

O əlavə edib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri verməyə hazır olacağı barədə Trampın bəyanatından sonra Litva "İstəklilər koalisiyası"na qoşulmağa hazırdır.


Вернуться назад