Главная > Avropa > KİV: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO üzvlüyünü əhatə etməyəcək
KİV: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO üzvlüyünü əhatə etməyəcək17-08-2025, 02:50. Разместил: Rss Bot Apa |
|
Ağ Ev müzakirə olunan sülh razılaşması çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanətləri təqdim etməyi təklif edir, lakin bu zəmanətlər NATO üzvlüyünü əhatə etməyəcək. Sizinxeber.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, bu mövqe Avropa liderlərinin bəyanatı ilə ziddiyyət təşkil edir; onlar Ukraynaya NATO-ya üzvlük hüququnun təmin olunmasını tələb edirlər. Telekanalın məlumatına görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birbaşa danışıqlar ötən həftə başlayıb. Вернуться назад |