Главная > Avropa > Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir
Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir15-08-2025, 17:50. Разместил: Rss Bot Apa |
|
ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüş zamanı Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətində olduğunu deyib. APA xəbər verir ki, o həmçinin bu məsələ ilə bağlı yekun qərarın Moskva və Kiyevdə qalacağını bildirib. "Bəli, ərazi mübadiləsi müzakirə olunacaq, lakin mən Ukraynaya qərar vermək imkanı verəcəyəm, inanıram ki, onlar düzgün qərar verəcəklər. Mənim məqsədim Ukrayna üçün danışıqlar aparmaq deyil, onları danışıqlar masası arxasında əyləşdirməkdir", - Tramp qeyd edib. Вернуться назад |