Главная > Avropa > Zelenski: Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq
Zelenski: Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq12-08-2025, 22:50. Разместил: Rss Bot Apa |
|
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi Donbasdan qoşunlarını çıxara bilməz, çünki oradan yeni hücum təhlükəsindən ehtiyat edir. “Biz Donbasdan çıxmayacağıq. Biz bunu edə bilmərik. Donbas mümkün yeni hücum üçün strateji mövqe rolunu oynayır", - Prezident deyib. Münaqişənin danışıqlar yolu ilə həllinin mümkünlüyündən danışan Zelenski, bunun üçün liderlər səviyyəsində üç görüşün lazım olacağını bildirib. Onun fikrincə, bu görüşlərdən ikisi ikitərəfli, biri isə üçtərəfli görüş olmalıdır. Вернуться назад |