Главная > Avropa > İspaniyada UNESCO-nun siyahısında yer alan Kurtuba Məscid-Katedralində yanğın baş verib
İspaniyada UNESCO-nun siyahısında yer alan Kurtuba Məscid-Katedralində yanğın baş verib10-08-2025, 11:00. Разместил: Rss Bot Apa |
|
İspaniyanın cənubundakı Əndəlüs bölgəsində yerləşən tarixi Kurtuba Məscid-Katedralində yanğın olub. Sizinxeber.az xəbər verir ki, bu barədə İspaniya dövlət televiziyası RTVE məlumat yayıb. Yanğın artıq söndürülüb. Katedral bölməsinin sözçüsü Xuan Xose Ximenez mediaya bildirib ki, yanğın Kurtuba Məscid-Katedralinin şərq hissəsində baş verib. Məscid XVI və XVII əsrlərə aid ibadətgahlarla doludur. İspaniya dövlət televiziyasının məlumatına görə, ilkin ehtimallara əsasən, yanğına səbəb elektrik xəttindəki qısaqapanma olub.
Вернуться назад |