Главная > Avropa > Finlandiya Ukrayna üçün ABŞ-dan silah almayacaq
Finlandiya Ukrayna üçün ABŞ-dan silah almayacaq5-08-2025, 23:00. Разместил: Rss Bot Apa |
|
Finlandiya hazırkı mərhələdə NATO-nun ABŞ-dan silah alınmasını nəzərdə tutan yeni proqramı vasitəsilə Ukraynaya yardımın ötürülməsində iştirak etməyəcək. APA xəbər verir ki, Yle telekanalının məlumatına görə bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib. O qeyd edib ki, Helsinki məhsulların fərqli proqram çərçivəsində alınmasına fokuslanıb. "Biz öz resurslarımızı daxili sənaye proqramına ayırmışıq və bu proqram çərçivəsində bütün Finlandiyada şirkətlərimizdən Ukrayna üçün məhsullar sifariş edirik", - o deyib. Onun sözlərinə görə, ölkə bu proqramı Ukrayna ilə birlikdə hazırlayıb ki, maksimum yardım göstərilsin. Finlandiya eyni zamanda bu təşəbbüsün digər ölkələr tərəfindən dəstəklənməsini vacib sayır. Вернуться назад |