Главная > Avropa > Rusiya Xarkovda dinc əhaliyə atəş açıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb
Rusiya Xarkovda dinc əhaliyə atəş açıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb29-07-2025, 15:50. Разместил: Rss Bot Apa |
|
Bu gün səhər saatlarında Rusiya ordusunun Xarkovda humanitar yardımın paylanmasını gözləyən dinc əhaliyə atəş açması nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb. APA UNIAN-a istinadən xəbər verir ki, əməliyyat zamanı reaktiv yaylım atəş sistemindən istifadə edilib. Hadisə vilayətin İzyumsk rayonunun Borovskaya inzibati ərazi vahidində baş verib. Əraziyə istintaq-əməliyyat qrupu və kriminalistlər cəlb olunub, araşdırma aparılır. Вернуться назад |