Главная > Avropa > Almaniya Sənaye İttifaqı Aİ ilə ABŞ arasında gömrük razılaşmasını tənqid edib
Almaniya Sənaye İttifaqı Aİ ilə ABŞ arasında gömrük razılaşmasını tənqid edib28-07-2025, 06:00. Разместил: Rss Bot Apa |
|
Almaniya Sənaye İttifaqı (BDI) Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan gömrük razılaşmasını kəskin tənqid edib. Sənayeçilərin fikrincə, bu razılaşma "uyğunsuz kompromisdir" və Atlantik okeanının hər iki tərəfində bir-birinə sıx bağlı iqtisadiyyatlara "faciəvi siqnal" göndərir. Bununla belə, BDI bəyan edib ki, razılaşma vəziyyətin daha da gərginləşməsinin qarşısını alıb və bu, sənədin "yeganə müsbət tərəfidir". Вернуться назад |