Главная > Avropa > Zelenski və Makron Putinlə mümkün görüşü müzakirə ediblər
Zelenski və Makron Putinlə mümkün görüşü müzakirə ediblər27-07-2025, 20:50. Разместил: Rss Bot Apa |
|
Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında Rusiya lideri Vladimir Putinlə mümkün görüş məsələsi müzakirə edilib. Sizinxeber.az xəbər verir ki, ukraynalı lider bu barədə "Telegram" kanalında məlumat yayıb. “Avqustun sonunadək ən yüksək səviyyədə görüş təşkil olunması ilə bağlı təklifimizə cavab gözləyirik”, – dövlət başçısı vurğulayıb. Zelenski əlavə edib ki, mümkün görüşdə Avropa nümayəndələrinin də iştirakı vacibdir. Вернуться назад |