Главная > Avropa > Britaniyada qeyri-qanuni mühacirlərin otellərə yerləşdirilməsinə qarşı etirazlar davam edir
Britaniyada qeyri-qanuni mühacirlərin otellərə yerləşdirilməsinə qarşı etirazlar davam edir27-07-2025, 02:50. Разместил: Rss Bot Apa |
|
Böyük Britaniyada qeyri-qanuni mühacirlərin otellərdə yerləşdirilməsi praktikasına qarşı etirazlar yayılmağa başlayır. Sizinxeber.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb. Məlumata görə, iyulun 26-da İngiltərənin şərqindəki Norviç şəhərində etiraz aksiyaları keçirilib. Əllərində Britaniya bayraqları olan yüzlərlə insan qeyri-qanuni mühacirlərin qaldığı otellərdən birinin qarşısına toplaşaraq, onun bağlanmasını tələb ediblər. Oxşar etirazlar Lids, Nottingemşir və Sauthemptonda də keçirilib. “The Daily Telegraph” həmçinin iyulun 27-də ölkənin cənubunda bir sıra şəhərlərdə yeni etiraz aksiyalarının keçirilməsinin planlaşdırıldığını yazıb. Qeyd edək ki, Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, 2025-ci ilin mart ayına olan statistikaya görə, ölkə daxilində 210 oteldə 32 min qeyri-qanuni mühacir yerləşdirilib. Вернуться назад |