Главная > Avropa > Almaniya Kiyevə dəyəri 340 milyon avrodan çox olan radarlar verəcək
Almaniya Kiyevə dəyəri 340 milyon avrodan çox olan radarlar verəcək25-07-2025, 03:50. Разместил: Rss Bot Apa |
|
Almaniyanın “Hensoldt” müdafiə sənayesi şirkəti Kiyevi 340 milyon avrodan çox dəyərində radarlarla təchiz etmək üçün sifariş alıb. APA xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə deyilir. Ukrayna konkret olaraq TRML-4D yüksək ayırdetməli radar və SPEXER 2000 3D MkIII qısa mənzilli radarlarla təchiz ediləcək. TRML-4D 250 km-ə qədər radiusda qanadlı raketlər, dronlar, təyyarələr və helikopterlər də daxil olmaqla 1500-ə yaxın hədəfi aşkar etməyə və izləməyə imkan verən ən son AESA (Active Electronically Scanned Array) texnologiyasına əsaslanır. SPEXER radarları isə alçaqdan uçan obyektləri aşkar etməyə qadirdir. Вернуться назад |