Главная > Avropa > Macarıstan XİN: Aİ-nin bəzi ölkəri Ukrayna üzrə sülh səylərinə mane olur

Macarıstan XİN: Aİ-nin bəzi ölkəri Ukrayna üzrə sülh səylərinə mane olur


24-07-2025, 06:50. Разместил: Rss Bot Apa

Avropa İttifaqının bir çox üzv dövləti Ukraynadakı münaqişənin nizamlanması istiqamətindəki səylərə əngəl yaradır.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto TASS agentliyinə müsahibəsində bildirib.

"Təəssüf ki, bir çox Avropa lideri sülh səylərinə mane olur. Sözdə sülhə dəstək verdiklərini bildirsələr də, əməldə bu münaqişəni qızışdırırlar. Macarıstan son üç il yarım ərzində atəşkəsin əldə olunması və sülh danışıqlarının başlanmasına çağırış edib. Bu müddət ərzində digər Avropa ölkələri bizi bu mövqeyimizə görə tənqid ediblər", – deyə Siyarto vurğulayıb.


Вернуться назад