Главная > Avropa > Merts: ABŞ Avropa İttifaqı ilə gömrük rüsumlarına dair simmetrik razılaşmaya hazır deyil
Merts: ABŞ Avropa İttifaqı ilə gömrük rüsumlarına dair simmetrik razılaşmaya hazır deyil21-07-2025, 23:50. Разместил: Rss Bot Apa |
|
Almaniyanın kansleri Fridrix Merts bəyan edib ki, ABŞ Avropa İttifaqı (Aİ) ilə gömrük rüsumları üzrə simmetrik razılaşma imzalamağa hazır deyil. Sizinxeber.az xəbər verir ki, Merts bu barədə Berlində Norveçin Baş naziri Yonas Qar Störe ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Almaniya kanslerinin sözlərinə görə, Avropa tərəfi bazara gömrük rüsumları olmadan açıq çıxış təklif edir. O, tərəflər arasında gömrük məsələlərinə dair danışıqların çox intensiv şəkildə aparıldığını qeyd edib. Вернуться назад |