Главная > Avropa > Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub
Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub29-07-2024, 12:50. Разместил: Rss Bot Apa |
|
Odessada Ukrayna ordusuna məxsus hərbi təyinatlı avtomobilləri yandıran 6 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib. APA-nın “unian”a istinadən xəbərinə görə, bu barədə məlumatı adı çəkilən ölkənin Təhlükəsizlik Xidməti yayıb. Bildirilib ki, iki həftə ərazində onların analoji əməli 15-dən çox avtomobilə qarşı törətdiyi ortaya çıxıb. Onlar törətdikləri əməli videokamera vasitəsilə qeydə alaraq, Rusiya tərəfinə təqdim etməkdə də təqsirləndirilir. Ukraynanın cinayət qanunvericiliyinə əsasən, onları 8 ilədək həbs cəzası gözləyir. Вернуться назад |