Главная > Avropa > Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə irəliləyiş əldə edə bilməyib, Kallas Slovakiyanı tənqid edib

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə irəliləyiş əldə edə bilməyib, Kallas Slovakiyanı tənqid edib


16-07-2025, 04:50. Разместил: Rss Bot Apa

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı danışıqlarda irəliləyiş əldə edə bilməyiblər.

APA xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə danışıqları blokladığına görə Slovakiyanı tənqid edib.

O, Slovakiyanın sanksiyalara razılıq vermək üçün Avropa Komissiyasının Rusiya qazına idxal qadağası planı nəticəsində iqtisadi zərər yaranacağı təqdirdə bunun kompensasiya olunmasına dair vəd tələb etdiyini vurğulayıb.


Вернуться назад