Главная > Avropa > Ukrayna kütləvi dron hücumuna məruz qalıb
Ukrayna kütləvi dron hücumuna məruz qalıb16-07-2025, 02:50. Разместил: Rss Bot Apa |
|
İyulun 16-na keçən gecə Rusiya ordusu Ukraynanın şəhər və qəsəbələrinə “Şahed” tipli kamikadze dronlarla kütləvi hücumlar təşkil edib. APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb. Çerkassı şəhərində isə əhaliyə dron təhlükəsi səbəbindən sığınacaqlarda qalmaq tövsiyə olunub. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının məlumatına görə, Rusiya qüvvələri Krivoy Roqa raket zərbəsi endirib. Zərbə nəticəsində şəhərdə yanğın baş verib. İlkin məlumata əsasən, yaralananlar var. Hadisə ilə bağlı ətraflı məlumatlar dəqiqləşdirilir. Вернуться назад |