Главная > Avropa > Ukrayna Silahlı Qüvvələri 45 milyon dollar dəyərində Rusiya hava hücumundan müdafiə kompleksini məhv edib
Ukrayna Silahlı Qüvvələri 45 milyon dollar dəyərində Rusiya hava hücumundan müdafiə kompleksini məhv edib13-07-2025, 18:00. Разместил: Rss Bot Apa |
|
Ukrayna hərbçiləri işğalçıların ən yeni orta mənzilli zenit-raket kompleksi olan “Buk-M3”ü məhv etməyə nail olublar. Bu əməliyyatı “Qara Meşə” ləqəbli 15-ci müstəqil artilleriya kəşfiyyat briqadasının döyüşçüləri həyata keçiriblər. APA xəbər verir ki, briqadanın rəsmi səhifəsində yerləşdirilən məlumata görə, “Qara Meşə” kəşfiyyatçıları işğalçıların ən yeni “Buk-M3” zenit-raket kompleksinin daha bir stansiyasını aşkarlayıb və atəşi dəqiq yönəldərək onu məhv ediblər. Bildirilib ki, “Buk-M3” düşmənin hava hücumundan müdafiə sisteminin əsas komponentlərindən biridir. Kompleksin dəyəri təxminən 45 milyon ABŞ dollarıdır. Вернуться назад |