Главная > Avropa > Türkiyə Prezidenti: “Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarını diqqətlə izləyirik”

Türkiyə Prezidenti: “Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarını diqqətlə izləyirik”


13-07-2025, 16:50. Разместил: Rss Bot Apa

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı aparıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Türkiyə lideri telefon danışığı zamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarını Türkiyənin diqqətlə izlədiyini və Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəklərini qeyd edib.


Вернуться назад