Главная > Avropa > Almaniya kansleri Fridrix Mertsin reytinqi azalıb
Almaniya kansleri Fridrix Mertsin reytinqi azalıb9-07-2025, 08:50. Разместил: Rss Bot Apa |
|
Almaniya kansleri Fridrix Mertsin populyarlığı yenidən enməyə başlayıb. Ötən ay effektiv xarici siyasət fonunda artan dəstək bu həftə azalıb. Sizinxeber.az xəbər verir ki, bu barədə "n-tv" telekanalı "Forsa" institutunun sorğusuna istinadən məlumat yayıb. Yeni federal hökumətin fəaliyyətə başlamasından təxminən iki ay sonra almanların yalnız 38%-i onun işindən razı, 58%-i isə narazıdır. Bununla paralel olaraq, kansler Fridrix Mertsin fəaliyyəti ilə bağlı narazılıq da artır. Vəzifəyə başladığı ilk həftələrdə onun reytinqi ardıcıl olaraq artaraq 42%-ə çatmışdısa, son bir həftədə bu göstərici 7 faiz bəndi azalaraq 35%-ə düşüb. Вернуться назад |