Главная > Avropa > Balıkesirdə meşəlik sahədə yanğın başlayıb

Balıkesirdə meşəlik sahədə yanğın başlayıb


8-07-2025, 19:50. Разместил: Rss Bot Apa

Balıkesir vilayətinin Kürendere məhəlləsi ərazisində yerləşən meşəlik sahəsində naməlum səbəbdən yanğın başlayıb.

Sizinxeber.az NTV-yə istinadən xəbər verir ki, əraziyə Meşə Təsərrüfatı İdarəsi və Balıkesir Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə xidmətlərinə məxsus qüvvələr cəlb olunub.

Yanğının söndürülməsi üçün hazırda ərazidə 4 helikopter, 4 təyyarə, 15 ədəd yanğınsöndürən maşın və Böyükşəhər Bələdiyyəsinə məxsus nəqliyyat vasitələri var.


Вернуться назад