Главная > Avropa > Frederiksen: Rusiya onilliyin sonuna qədər Aİ üçün təhdidə çevrilə bilər

Frederiksen: Rusiya onilliyin sonuna qədər Aİ üçün təhdidə çevrilə bilər


8-07-2025, 17:50. Разместил: Rss Bot Apa

Rusiya onilliyin sonuna qədər Avropa İttifaqı üçün təhdidə çevrilə bilər.

Sizinxeber.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“Rusiyanın silahlanması o deməkdir ki, bu ölkə iki və ya beş il ərzində Avropa və NATO üçün ciddi hərbi təhdidə çevriləcək. Buna görə də bizim prioritetimiz Avropanın təhlükəsizliyini gücləndirməkdir. Ən geci 2030-cu ilə qədər olmaqla özümüzü müdafiə etməyə qadir bir formaya gəlib çıxmalıyıq”, - Baş nazir vurğulayıb.

Frederiksen Avropanın son 30 ildə öz hərbi xərclərini azaltmasını tənqid edib və bunu böyük səhv adlandırıb.


Вернуться назад