Главная > Avropa > Fransa XİN: Paris və Pekin İranın nüvə problemi üzrə təmasların bərpasına kömək etməlidirlər
Fransa XİN: Paris və Pekin İranın nüvə problemi üzrə təmasların bərpasına kömək etməlidirlər5-07-2025, 00:50. Разместил: Rss Bot Apa |
|
Fransa və Çin İranın nüvə problemi ilə bağlı danışıqların tezliklə bərpa olunmasına kömək etməlidirlər. APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisdə çinli həmkarı Van İ ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib. “Diplomatik həll İranın nüvə proqramının yaratdığı narahatlıqlara yeganə cavabdır. Biz tez bir zamanda hərəkət etməliyik ki, bütün tərəfləri danışıqlar masasına qaytaraq”, – deyə Barro vurğulayıb. Onun sözlərinə görə, İran dərhal Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə tam şəkildə əməkdaşlığı bərpa etməlidir. Вернуться назад |