İtaliyada vətəndaşlıq və əmək hüquqları ilə bağlı referendum keçirilir
Bu gün İtaliyada vətəndaşlıq və əmək hüquqları ilə bağlı referendum keçirilir.
Sizinxeber.az-nın xəbərinə görə, iki gün davam edəcək referendum valideynləri əcnəbi olanlara vətəndaşlığın verilməsinin asanlaşdırılması və əmək hüquqlarının daha etibarlı qorunması ilə bağlıdır.
Lakin seçicilərin 50 faizindən çoxu səs verməzsə, aparıcı həmkarlar ittifaqları və müxalifət partiyalarının təşəbbüskarı olduğu referendum baş tutmamış sayılacaq.
Hazırda İtaliyada 10 il yaşayan və işləyərək vergi ödəyən əcnəbilərə vətəndaşlıq verilir. Referendumda dəyişiklik qəbul edilərsə, bu müddət 5 ilə endiriləcək.
Referendum baş tutacağı halda bu dəyişikliklər 2,5 milyon əcnəbiyə şamil olunacaq və onlar vətəndaşlıq alacaqlar.
Bundan əlavə, dəyişiklik vətəndaşlara seçki hüququ, dövlət xidmətlərində iştirak və Avropa İttifaqı çərçivəsində sərbəst hərəkət kimi mülki və siyasi hüquqlara daha tez çıxış imkanlarını təmin edəcək.
Oxşar xəbərlər
Ermənistan Parlamentində ölkənin Aİ-yə qəbulu üçün referendum keçirilməsi məsələsinə baxılacaq
Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
Moldovada prezident seçkiləri və referendum baş tutmuş sayıla bilər
Ermənistan MSK Aİ-yə üzvlük üçün toplanan imzaları etibarlı sayıb, referendum məsələsinə baxılacaq
Polşa müxalifəti Aİ-nin miqrasiya paktından çıxmaq üçün referendum keçirməyə çağırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













