Ukrayna Koordinasiya Qərargahı: Moskva əsirlərin və meyitlərin dəyişdirilməsi ilə bağlı fərqli siyahı verib
sizinxeber.az xəbər saytı

Ukrayna Koordinasiya Qərargahı: Moskva əsirlərin və meyitlərin dəyişdirilməsi ilə bağlı fərqli siyahı verib


“Rusiya tərəfinin guya əsirlərin və həlak olanların meyitlərinin mübadilə prosesinin Ukrayna tərəfindən pozulması barədə bəyanatı həqiqəti əks etdirmir”.

Sizinxeber.az “unian”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahından bildirilib.

Qeyd olunub ki, rəsmi Kiyev mübadilə prosesinin baş tutması üçün müvafiq siyahını qarşı tərəfə təqdim edib və meyitlərin qaytarılmasını razılaşdırıb, lakin rəsmi Moskva tamamilə fərqli siyahı verərək, birtərəfli qaydada hərəkət edib:

“Biz Rusiyanı çirkin oyunları dayandırmağa və hər iki tərəfdən mübadilənin baş tutması üçün konstruktiv fəaliyyət göstərməyə, eləcə də qarşıdakı günlərdə razılaşmaların icrasını təmin etməyə çağırırıq”.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna tərəfinin gözlənilmədən həm meyitlərin qəbulunu, həm də hərbi əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi mübadilə üçün razılaşdırılmış məntəqəyə gəlməyib.

Oxşar xəbərlər

Putinin köməkçisi: Ukrayna meyitlərin qəbulunu, əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb
Ukrayna və Rusiya “6000-in 6000-ə” formatında hərbçilərin meyitlərinin mübadiləsini razılaşdırıb
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsinin vaxtı bilinib
Rusiya "1000-in 1000-ə" mübadilə üçün əsirlərin siyahısını Ukraynaya təhvil verib
Lavrov: Rusiya sülh sazişi layihəsini əsirlərin mübadiləsindən sonra təqdim etməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle