Sizinxeber.az » DÜNYA » Avropa » Fransa məhkəməsi Yeni Kaledoniya lideri Kristian Teinin azadlığa buraxılması barədə qərar çıxarıb

Fransa məhkəməsi Yeni Kaledoniya lideri Kristian Teinin azadlığa buraxılması barədə qərar çıxarıb

Yeni Kaledoniya lideri Kristian Teinin işinə baxan üç hakim Fransada istintaq altında olan, bir ildir, istintaq təcridxanasında saxlanılan Kanak müstəqillik liderlərinin azadlığa buraxılmasına qərar verib.

APA “lemonde”-a istinadən xəbər verir ki, qərar Parisdə keçirilən məhkəmə prosesində verilib.

Uzun sürən istintaqın yekununda hakimlər dəlilləri əsas götürərək, Kanak və Sosialist Azadlıq Cəbhəsinin (FLNKS) prezidenti və Sahə Fəaliyyəti Koordinasiya Birliyinin (CCAT) rəhbəri Kristian Tein, digər fəallar Dimitri Qeneqey, Guillaume Vama və Ervan Waetheanenin həbsini davam etdirmək üçün heç bir səbəb olmadığına qərar verib.

Lakin prokurorlar qərarla razılaşmayıb, qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, Tein və digər fəalların azadlığa buraxılması üçün Bakı Təşəbbüs Qrupu (BTQ) hərtərəfli addımlar atılıb.

BTQ müxtəlif səviyyələrdə və platformalarda kanakların və Fransa müstəmləkəsi altında olan digər xalqların hüquqlarının müdafiəsi üçün tədbirlər təşkil edib, kanaklı məhbuslara, eləcə də onların ailələrinə hərtərəfli dəstək olub.

Bundan başqa, Bakı Təşəbbüs Qrupu kanakların mubarizəsinə hər cür yardım göstərib, onların haqq səsinin çatdırılması üçün müxtəlif yerlərdə aksiyalar təşkil edib.

Onu da əlavə edək ki, BTQ Fransanın təzyiqləri ilə üzləşmiş, Parisin müstəmləkə siyasətinin qurbanı olmuş xalqların və siyasi məhbusların məsələsini beynəlxalq təşkilatlarda müzakirəyə çıxarmağa nail olub, haqsız yerə həbs olunanların, o cümlədən Teinin azadlığa buraxılması üçün çoxsaylı aksiyalar keçirib.

Bu məsələ mütəmadi olaraq beynəlxalq təşkilatların gündəliyinə təklif olunub və salınıb. Kanaklı siyasi məhbusların hüquqlarının qorunması və azadlığa buraxılması istiqamətində beynəlxalq arenada, o cümlədən BMT strukturlarında davamlı iş aparılıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !