Türkiyə yaxınlığında zəlzələ baş verib, bir nəfər ölüb, 69 nəfər yaralanıb  - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Türkiyə yaxınlığında zəlzələ baş verib, bir nəfər ölüb, 69 nəfər yaralanıb - YENİLƏNİB-1


Türkiyənin cənub-qərb sahillərində baş verən zəlzələ nəticəsində bir nəfərin ölüb, 69 nəfər yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.


***
04:58


Xəbər verdiyimiz kimi, Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib.

Sizinxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Muğla valisi İdris Akbıyıkın sözlərinə görə, xəsarət alanlar zəlzələ zamanı panikaya düşən və yüksəkmərtəbəli binalardan tullananlardır.

***
03:54


Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin təxminən 95,8 min nəfərin yaşadığı Marmaris şəhərindən 18 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 58 km dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Təsir zonasında sunami təhlükəsi elan edilib.

Oxşar xəbərlər

Türkiyə ilə Yunanıstan arasında zəlzələ baş verib, 11 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib
Egey dənizində zəlzələ olub
Egey və Aralıq dənizində ard-arda zəlzələ baş verib
Yunanıstan sahillərində 6,4 maqnitudada zəlzələ baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər