Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib
sizinxeber.az xəbər saytı

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib


Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin təxminən 95,8 min nəfərin yaşadığı Marmaris şəhərindən 18 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 58 km dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Təsir zonasında sunami təhlükəsi elan edilib.

Oxşar xəbərlər

Çilidə 5,7 bal gücündə zəlzələ baş verib
Tayvan sahillərində 6,1 bal gücündə zəlzələ olub
Myanmada 5,2 bal gücündə zəlzələ baş verib
Çilidə 5,3 bal gücündə zəlzələ olub
Çilidə 5,7 maqnitudalı zəlzələ baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər