Sizinxeber.az » DÜNYA » Avropa » Kobaxidze: Aİ-yə inteqrasiyaya sadiqik, lakin suverenliyimizi qurban verməyəcəyik

Kobaxidze: Aİ-yə inteqrasiyaya sadiqik, lakin suverenliyimizi qurban verməyəcəyik

Bizim Aİ-yə inteqrasiya öhdəliyimiz güclü qalır, lakin biz öz ləyaqətimizi və suverenliyimizi qurban verməyəcəyik.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib.

“Bu gün Qərb yol ayrıcındadır. Yalnız siyasi Qərb yox, sivil Qərb – xristian və demokratik dəyərlər Qərbi. Biz bura öz kimliyimizi, tanrının verdiyi kim olmaq hüququmuzu müdafiə etmək üçün toplanmışıq. Biz Qərblə münaqişədə olacaq mövqedə deyilik, çünki biz Qərbin bir parçasıyıq – həqiqi Qərbin”, - Kobaxidze deyib.

Baş nazir Avropanın Gürcüstanın suverenlik və demokratiya haqqını tanımalı olduğunu, Gürcüstanın ikili standartları qəbul etməyəcəyini deyib.

“Biz Avropa xalqıyıq. Tariximiz, mədəniyyətimiz, kimliyimiz - bunların hamısı avropalıdır. Amma Avropa bürokratiyası bizim suverenlik və demokratiya haqqımızı tanımalıdır. Avropayönümlü olmaq anti-Gürcüstan olmaq anlamına gəlməməlidir. Biz güclü şəxsiyyətə malik millətlərdən ibarət Avropaya inanırıq və qürurla Macarıstanda və onun hüdudlarından kənarda vətənpərvərliyin pis bir şey deyil, fəzilət olduğunu düşünənlərin yanındayıq.
Avrointeqrasiyaya sadiqliyimiz güclü olaraq qalır, lakin biz ləyaqətimizi və suverenliyimizi qurban verməyəcəyik. Biz ikili standartları qəbul etməyəcəyik, siyasi mənfəət naminə kimliyimizlə alver etməyəcəyik”, - Kobaxidze deyib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !