Baş nazir: Gürcüstana qarşı koordinasiyalı hücumlar təşkil edilir
sizinxeber.az xəbər saytı

Baş nazir: Gürcüstana qarşı koordinasiyalı hücumlar təşkil edilir


Ukraynada müharibənin başlamasından ötən 3 ildə Gürcüstan həm daxili, həm də xarici təzyiqlərə məruz qalır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib. O, müəyyən dairələrin Gürcüstanı yenidən müharibəyə cəlb olunmaqdan imtina etdiyinə görə cəzalandırmağa çalışdığını qeyd edib.

“Son üç ildə dünya Ukraynada dəhşətli faciənin şahidi olub. Hökumətimiz ilk günlərdən bunun nəticələri ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar edib. Təəssüf ki, bu xəbərdarlıqlara məhəl qoyulmadı. Biz Gürcüstanda müharibənin nə olduğunu anlayırıq. Ona görə də biz sülhün dəyərini bilirik. Ona görə də biz 2012-ci ildən ölkəmizdə əmin-amanlığın qorunması üçün hər şeyi etmişik. Ukraynada müharibə başlayandan bəri biz Gürcüstanın yenidən döyüş meydanına çevrilməsini istəyənlərin həm xarici, həm də daxili təzyiqlərinə müqavimət göstərmişik. Biz fərqli yol seçmişik. Biz müharibə əvəzinə sülhü, qeyri-sabitlik əvəzinə sabitliyi seçmişik. Hökumətimiz həmişə sülhün tərəfində olacaq. Ancaq sülh, əgər həqiqətə əsaslanaraq qorunmursa, həmişə həssasdır. İllərdir ki, güclü beynəlxalq media orqanları Gürcüstana qarşı koordinasiyalı hücumlar təşkil edir. Əslində, onların saxta hekayələri müharibəyə sürüklənməkdən imtina etdiyinə, suverenliyi seçdiyinə və milli maraqlarımızı hər şeydən üstün tutduğuna görə Gürcüstanı cəzalandırmağa hesablanıb”, - Kobaxidze deyib.

Oxşar xəbərlər

Kobaxidze: Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq
Kobaxidze: Ukraynada müharibə bitəndən sonra Gürcüstanın Qərblə münasibətlərinin bərpasına şərait yaranacaq
Kobaxidze: Ukraynada hərbi münaqişəyə Gürcüstanın da birbaşa cəlb edilməsi cəhdi olub
Baş nazir: Gürcüstan 2028-ci ilə qədər Aİ ilə öhdəliklərinin 90%-dən çoxunu yerinə yetirmiş olacaq
Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən başlatmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle