

Kobaxidze Makronu müstəqil qərar verə bilməməkdə ittiham edib
Makronun Albaniyada mənə dedikləri bəyanatla əsaslı ziddiyyət təşkil edir, bu onu göstərir ki, insanlar müstəqil qərar qəbul edə bilmirlər.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Veymar üçbucağı”nın Gürcüstanla bağlı ötən günkü bəyanatına münasibət bildirərkən deyib.
O, Fransa, Polşa və Almaniya liderlərinin 26 May Gürcüstanın Müstəqillik günü münasibətilə bəyanatının Avropada “dərin dövlət”in güc əldə etməkdə olduğunu göstərdiyini deyib.
“Belə bir bəyanatın 26 Mayda verilməməsi sadəcə etiket məsələsi deyil. 26 May təntənəli bir gündür və təntənəli günlərdə adətən təbrik məktubları göndərilir və təbrik bəyanatları səsləndirlir. Onlar hətta protokola və etiketə belə riayət etmirlər. Bu onu göstərir ki, onlar obyektiv maraqlar əsasında hərəkət etmirlər, onlar öz maraqlarına cavab verməyən xətt üzrə hərəkət etməlidirlər. Bu təssüfdoğurucudur. Makronun mənə Albaniyada dedikləri səsləndirilən bəyanatla əsaslı ziddiyyət təşkil edir. Bu həmçinin onu göstərir ki, insanlar müstəqil qərar verə bilmirlər. Avropa ölkələri üzərində çox ciddi təsir var. Müvafiq olaraq bütün bunlar çaşqınlığa səbəb olur”, - Kobaxidze deyib.
Qeyd edək ki, “Veymar üçbucağı” ölkələrinin liderləri – Fransa Prezidenti Emmanuel Makron, Polşa Prezidenti Donald Tusk və Almaniya kansleri Fridrix Merzin birgə bəyanatında Gürcüstan hökuməti müxalifətə və vətəndaş cəmiyyətinə qarşı repressiyada ittiham edilib, gürcü xalqının Avropa istəyinin dəstəkləndiyi qeyd edilib. Bəyanatda həmçinin Gürcüstanda Avropa standartlarına zidd qanunların dəyişdirilməli olduğu vurğulanıb.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Kobaxidze: “MEGOBARI aktı” gürcü xalqına qarşı düşmənçilik aktıdır
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
