

Liverpulda avtomobili izdihamın üstünə sürən şəxsin kimliyi məlum olub - VİDEO - YENİLƏNİB
Liverpulda avtomobili izdihamın üzərinə çırpan 53 yaşlı Böyük Britaniya vətəndaşı olub.
Sizinxeber.az xəbər verir ki, bu haqda şəhər polisinin yaydığı məlumatda deyilir.
"Həbsdə olan şəxsin Liverpul bölgəsində yaşayan 53 yaşlı ağdərili britaniyalı olduğunu təsdiq edə bilərik. Hazırda toqquşmaya səbəb olan bütün şərtləri müəyyən etmək üçün geniş araşdırmalar aparılır", - polis bildirib.
***
22:16
Liverpulda avtomobil insan izdihamına çırpılıb.
Sizinxeber.az xəbər verir ki, bu haqda Liverpul polisi məlumat yayıb.
Belə ki, bir nəfər yerli futbol klubunun Premyer Liqa çempionluğunu qeyd edən insan kütləsinin üzərinə avtomobil sürüb.
Sürücü polis tərəfindən saxlanılıb. İnsan tələfatı ilə bağlı hələ ki, rəsmi məlumat verilməyib.
“Daily Telegraph” qəzeti 17 nəfərin xəsarət aldığını yazıb.
Oxşar xəbərlər
Britaniyada avtomobil insan izdihamının içindən keçib, 17 nəfər ölüb
Liverpulda sürücü avtomobili insanların üzərinə sürüb, xəsarət alanlar var
Böyük Britaniyada iğtişaşlar zamanı onlarla insan saxlanılıb
Münxendə avtomobili izdihamın üstünə sürən şəxs əfqan mənşəli olub - YENİLƏNİB-2
Kanadada festival zaman maşın izdihamın üzərinə sürülüb, 11 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
