Papuaşvili Fransa, Polşa və Almaniya liderlərinin bəyanatını “rüsvayçı hücum” kimi qiymətləndirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
19:50

Papuaşvili Fransa, Polşa və Almaniya liderlərinin bəyanatını “rüsvayçı hücum” kimi qiymətləndirib

26 may, 2025
19:50
435

Papuaşvili Fransa, Polşa və Almaniya liderlərinin bəyanatını “rüsvayçı hücum” kimi qiymətləndirib

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Fransa, Polşa və Almaniya liderlərinin Gürcüstanın Müstəqillik Günü ilə bağlı yaydıqları birgə bəyanatını “gürcü xalqına və Gürcüstan dövlətinə öz milli bayramında rüsvayçı hücum” kimi qiymətləndirib.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Şalva Papuaşvili “Facebook”da paylaşım edib.

Qeyd edə ki, “Veymar üçbucağı”nın liderləri – Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Almaniya Kansleri Fridrix Merzin birgə bəyanatında gürcü xalqının demokratiya və Avropa arzusunu dəstəklədikləri bildirilib və Gürcüstan hökumətinin ölkədə demokratik reqressiyaya səbəb olan hərəkətləri pislənilib.

“Biz gürcü xalqının demokratik və Avropa arzusunu dəstəkləyirik. Bu arzular Avropa ailəsinin bir hissəsi olmaq istəyini əks etdirir. Biz Gürcüstan hökumətinin reqressiyaya aparan bütün hərəkətlərini, vətəndaş cəmiyyətinə, mediaya və hökuməti tənqid edən insanlara qarşı hücumlarını pisləyirik. İfadə və sərbəst toplaşmaq azadlığı qorunmalıdır. Həddindən artıq zorakılıq barədə məlumatlar araşdırılmalıdır. Avropa standartlarına zidd olan qanunlar dəyişdirilməli, zəruri islahatlar prosesi bərpa edilməlidir”, - bəyanatda qeyd olunub.

Bəyanatda Gürcüstan hökumətinə müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqu bərpa etmək çağırışı edilib.

Bizimlə əlaqə saxlayın