Zelenski 1000-in 1000-ə formatda əsir mübadiləsinin olacağını açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
may
2025
08:00
0
0
1 413
ff aaaaaaa

Zelenski 1000-in 1000-ə formatda əsir mübadiləsinin olacağını açıqlayıb

25 may, 2025
08:00
1 413

Zelenski 1000-in 1000-ə formatda əsir mübadiləsinin olacağını açıqlayıb

Bu gün Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsinin üçüncü mərhələsi baş tutacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

O xatırladıb ki, mayın 24-də şənbə günü mübadilə davam edib və daha 307 əsgər vətənə qaytarılıb.

"Əsgərlər və çavuşlar. Əksəriyyəti Ukrayna Silahlı Qüvvələrinə məxsusdur. Həmçinin Milli Qvardiya və Dövlət Sərhəd Xidməti də var. Bu insanlardan 273-ü Donetsk vilayətində əsir düşüb. Onların əhəmiyyətli hissəsi isə hələ 2022-ci ildə Xerson, Zaporojye, Xarkov vilayətləri və Luganskda ələ keçiriliblər. İki gün ərzində baş tutan mübadilələr nəticəsində artıq 697 ukraynalı evə qayıdıb.", - Zelenski bildirib.

Onun sözlərinə görə, mübadilənin üçüncü mərhələsi mayın 25-də baş tutacaq və bu mərhələ çərçivəsində 1000 nəfər azad edilməlidir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul