Tbilisidə avtomobilin Kürə düşməsi nəticəsində itkin düşənlərdən sonuncu şəxsin meyiti tapılıb
Tbilisidə minik avtomobilinin Kürə düşməsi nəticəsində itkin düşənlərdən sonuncu şəxsin meyiti tapılıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.
Bildirilib ki, aparılan axtarışlar nəticəsində avtomobil qəzası zamanı dostları ilə birlikdə çaya düşərək həlak olan gənc Giorgi Şamuqiyanın meyiti tapılıb.
Xatırladaq ki, insident mayın 14-də baş verib. İçərisində 4 nəfərin olduğu “Mercedes” markalı avtomobil “Ford”la toqquşaraq Kür çayına düşüb. Xilasedicilər 4 nəfərdən birini dərhal sudan çıxarda biliblər. Qəzaya düşən gənclərdən ikisinin meyiti tapılsa da, üçüncünün axtarışları davam etdirilib. Meyitlərin tapılması məqsədilə Kürdə suyun səviyyəsi sünii şəkildə azaldılıb.
Oxşar xəbərlər
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapılıb
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən birinin meyiti tapılıb
Tbilisidə Kür çayından dördüncü cəsəd çıxarılıb
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən digərinin meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
