Aİ Rusiyaya yeni məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2025
15:00

Aİ Rusiyaya yeni məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir

24 may, 2025
15:00
672

Aİ Rusiyaya yeni məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir

Rusiyada fəaliyyət göstərən 20 bankın SWIFT ödəmə sistemindən çıxarılması

Avropa İttifaqı Rusiyada fəaliyyət göstərən 20 bankın SWIFT ödəmə sistemindən çıxarılması da daxil olmaqla, bu ölkəyə yeni məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” xəbər yayıb.

Rusiya neftinin yuxarı satış qiymətinin endirilməsi

Bildirilib ki, planlaşdırılan tədbirlər arasında, həmçinin, Rusiya neftinin yuxarı satış qiymətinin endirilməsi, eləcə də “Şimal axını” qaz kəmərlərinin fəaliyyətinin dayandırılması da var.

Neft tankerlərinə qarşı sanksiyalar

Yekun qərar qəbul edilərsə, Avrozona ölkələri 2027-ci ilin sonunadək Rusiyadan neft və neft məhsulları idxal etməməklə yanaşı, adıçəkilən ölkənin neft tankerlərinə qarşı sanksiyaları daha da genişləndirəcək.Daha bir məhdudiyyət isə Rusiyanın birbaşa investisiya fondlarını gözləyir.

Hazırda Avropa Komissiyası daxilində bu məsələ ilə bağlı müzakirələr aparılır.

Bizimlə əlaqə saxlayın