Yanukoviçin müşaviri İspaniyada güllələnərək öldürülüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
14:00

Yanukoviçin müşaviri İspaniyada güllələnərək öldürülüb

21 may, 2025
14:00
605

Yanukoviçin müşaviri İspaniyada güllələnərək öldürülüb

Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin müşaviri İspaniyada qətlə yetirilib.

APA İspaniyanın “Cadena SER” radiostansiyasına istinadən xəbər verir ki, Yanukoviçin müşaviri Andriy Portnov güllələnərək öldürülüb.

Andriy Portnovu Posuelo de Alarcon şəhərindəki məktəbin qapısında, uşaqlarını təhsil müəssisəsinə gətirəndə güllələyiblər.

Cinayəti törədən şəxs və ya şəxslər hadisə yerindən qaçıblar.

Qeyd edək ki, Andriy Portnov 2006-2010-cu illərdə Ali Radanın üzvü olub. 2010-cu ildə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini, Məhkəmə İslahatı və Məhkəmə Sistemi Baş İdarəsinin rəisi təyin edilib. 2014-cü ilin fevralına qədər, Kiyevdə hakimiyyət dəyişikliyi baş verənə qədər, o, administrasiya rəhbərinin birinci müavini vəzifəsində çalışıb. 2014-cü ildən Ukraynanı tərk etdikdən sonra özəl hüquq fəaliyyəti ilə məşğul olub.

Bizimlə əlaqə saxlayın