Böyük Britaniya ordusu süni intellektdən istifadəni genişləndirəcək
sizinxeber.az xəbər saytı

Böyük Britaniya ordusu süni intellektdən istifadəni genişləndirəcək


Böyük Britaniya ordusunda süni intellektə əsaslanan inkişaflar ölkənin silahlı qüvvələrinə daha aktiv şəkildə tətbiq ediləcək.

APA xəbər verir ki, bunu müdafiə naziri Con Hiliyə istinadən “Guardian” qəzeti yazıb.

Qəzet qeyd edib ki, Hily üç ay ərzində Britaniya silahlı qüvvələrinin vəziyyəti ilə bağlı icmal təqdim etməlidir.

"Hily-nin texnologiyaya əsaslanan icmalının ən vacib aspektlərindən biri süni intellektin genişləndirilməsi olacaq", - məlumatda deyilir.

Məlumata görə, Estoniyadakı Britaniya qoşunları artıq potensial təhlükələri avtomatik tanıya və onlara qarşı mübarizə aparmaq üçün silah seçə bilən süni intellektə əsaslanan sistemləri sınaqdan keçirir.

Nazir həmçinin süni intellektə əsaslanan hərbi inkişafları maliyyələşdirmək üçün vahid fond yaratmaq istədiyini deyib.

Oxşar xəbərlər

Britaniya Ukraynaya qoşun göndərməkdən imtina edə bilər
Böyük Britaniya ABŞ-dan F-35 qırıcıları alacaq
ABŞ, Britaniya və Avstraliya süni intellektə malik PUA sınaqdan keçirib
Britaniya Rusiya SQ-nin bəzi hərbçilərinə Ukraynada kimyəvi silahdan istifadəyə görə sanksiya tətbiq edib
Dövlət Xidmətinin rəisi: Süni intellekt kibermüdafiə strategiyalarımızı gücləndirməyə imkan verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle