Avropalı liderlər Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirmək barədə razılığa gəliblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
00:50
0
0
1 085
ff aaaaaaa

Avropalı liderlər Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirmək barədə razılığa gəliblər

20 may, 2025
00:50
1 085

Avropalı liderlər Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirmək barədə razılığa gəliblər

ABŞ Prezidenti və Avropadakı tərəfdaşları Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində növbəti addımları razılaşdırıblar və Rusiyaya qarşı sanksiya təzyiqlərinin artırılacağını bildiriblər.

Bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

“Onlar danışıqlar prosesini sıx şəkildə koordinasiya etmək və növbəti texniki görüşün keçirilməsinə nail olmaq barədə razılığa gəldilər. Bütün tərəflər Ukraynaya fəal dəstək verməyə hazır olduqlarını təsdiqlədilər. Avropa nümayəndələri Rusiyaya qarşı təzyiqlərin sanksiyalar vasitəsilə gücləndiriləcəyini bəyan etdilər”, – deyə Almaniya hökumətinin nümayəndəsi vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul