Portuqaliyada keçirilən seçkilərdə sağçı alyans qalib gəlib
Portuqaliyada keçirilən erkən parlament seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, azlıq hökuməti ilə hazırda hakimiyyətdə olan iki sağçı partiyanın ittifaqı olan Demokratik Alyans (AD) seçkilərdən qalib çıxıb.
APA xəbər verir ki, Portuqaliyanın Daxili İşlər Nazirliyinin verdiyi nəticələrə görə açılan qutuların %98-i AD səs nisbətini 14 ay əvvəl keçirilən son seçkilərdəki %28,85-dən 32%-ə yüksəldib.
Portuqaliyanın 230 yerlik parlamentində təkbaşına iqtidara gəlmək üçün çoxluğu (116) əldə edə bilməyən AD-nın son seçkilərdə 80 olan deputat sayının 90-ı keçəcəyi gözlənilir.
Sosial Demokrat Partiyası (PSD) və Xristian Demokratların (PP-CDS) ittifaqı olan AD-yə rəhbərlik edən PSD lideri və hazırkı baş nazir Luis Monteneqronun yaxın günlərdə prezident Marselo Rebelo de Sousadan hökumət qurmaq mandatı alacağı və ilk variant olaraq yenidən azlıq hökuməti qurmağa çalışacağı gözlənilir.
Qeyd edək ki, Monteneqro hökuməti ailə biznesi ilə əlaqəli korrupsiya iddialarına görə parlamentdə etimad səsi ala bilmədi və martın 11-də dağılaraq növbədənkənar seçkilərə səbəb oldu.
Oxşar xəbərlər
Portuqaliyada seçki bülletenlərinin 97 %-i hesablanıb, sağ mərkəzçilər liderdir – YENİLƏNİB-2
Portuqaliyada parlament seçkiləri başa çatıb – YENİLƏNİB
Portuqaliyada polis reydində miqrantın ölümü iğtişaşa səbəb olub
Kanadada keçirilən parlament seçkilərində iqtidarda olan Liberal Partiya liderdir
Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
