Mers: Avropa Ukraynaya sülhməramlı qüvvələr göndərmək fikrindən "uzaqdır"
Almaniya kansleri Fridrix Mers bildirib ki, Avropa hazırda Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə müzakirələrdən uzaqdır.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyinin məlumat yayıb.
Mersin sözlərinə görə, bu mərhələdə bütün səylər Rusiyanın qeyd-şərtsiz atəşkəsə razı salınmasına yönəlib.
Mers qeyd edib ki, növbəti addım sülh danışıqlarının formatının və Ukraynaya hansı təhlükəsizlik təminatlarının lazım olacağının aydınlaşdırılması olmalıdır.
“Hazırda qoşun göndərmək məsələsini müzakirə etməyə əsas yoxdur, biz bu fikirdən uzağıq. Biz istəyirik ki, silahlar sussun, qətllər dayansın… hazırda məhz bu məsələlərlə məşğuluq, digərləri ilə yox”, – deyə o əlavə edib.
Qeyd edək ki, Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə cümə günü Albaniyada keçirilən sammit çərçivəsində görüşüblər. Görüş zamanı ABŞ prezidenti Donald Trampa zəng olunub.
Oxşar xəbərlər
Merts: NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi müzakirə olunmur
Fransa, Polşa, Böyük Britaniya və Almaniya liderləri Kiyevə səfər ediblər - YENİLƏNİB
Zelenski Brüsseldə Avropa liderləri ilə görüşəcək
Zelenski Trampdan hansı təhlükəsizlik zəmanətlərini gözlədiyini açıqlayıb
Mertz: Almaniya hərbçilərinin Ukraynaya göndərilməsi məsələsi gündəmdə deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













