Böyük Britaniya: Gələn ay Rusiyanın Ukraynadakı itkiləri 1 milyonu ötəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
may
2025
05:50

Böyük Britaniya: Gələn ay Rusiyanın Ukraynadakı itkiləri 1 milyonu ötəcək

17 may, 2025
05:50
655

Böyük Britaniya: Gələn ay Rusiyanın Ukraynadakı itkiləri 1 milyonu ötəcək

"Əldə olunan kəşfiyyat məlumatlarına əsasən gələn ay Rusiyanın Ukraynada itkisi ümumilikdə 1 milyonu ötəcək."

Sizinxeber.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

İtaliyanın paytaxtı Romada Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və Polşadan ibarət “E5” qrupunun müdafiə nazirləri ilə keçirilən görüşdə iştirak edən Hili bütün E5 ölkələrinin və Avropanın təhlükəsizliyinin Ukraynadan başladığını vurğulayıb.

Ukraynanı həm meydanda, həm də masa arxasında güclü mövqeyə gətirmək məcburiyyətində olduqlarını qeyd edən Hili Ukraynada davamlı sülhün təmin edilməsi və Rusiyanın gələcək hücumlarının qarşısının alınması üçün müxtəlif platformalarda çalışdıqlarını bildirib.

Bizimlə əlaqə saxlayın