Gürcüstan parlamenti “MEGOBARI Aktı”na cavab bəyanatı qəbul edib
Gürcüstan parlamenti ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilmiş “MEGOBARI Aktı”na cavab bəyanatı qəbul edib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, 11 səhifədən ibarət bəyanat 87 deputatın dəstəyi ilə yekdilliklə qəbul edilib. Bəyanatda ABŞ-nin yeni administrasiyasının və NATO-nun indiki şərtlərdə Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyasını qeyri-real hesab etdiyi qeyd edilib.
“2017-ci ildə Avro-Atlantik strukturlara inteqrasiyanı milli məqsəd kimi müəyyən etmək üçün Gürcüstan Konstitusiyasına düzəliş edən hazırkı hökumət idi – bu addım o zaman parlamentdə təmsil olunan müxalifət partiyalarının heç biri tərəfindən dəstəklənmədi. Gürcüstan hər zaman Avro-Atlantik inteqrasiyaya tam hazır olduğunu nümayiş etdirib, bunla belə qarşılığında öz tərəfdaşlarından ehtiyatlı mövqe gördü. Bu o deməkdir ki, Gürcüstanın Avropaya inteqrasiyasının qarşısında süni maneələr yaradan Gürcüstan hökuməti deyil, daha çox tərəfdaş ölkələrdir”, - bəyanatda qeyd edilib.
Oxşar xəbərlər
Gürcüstan hakimiyyəti əleyhinə olan “MEGOBARI aktı” ABŞ Senatına təqdim edilib
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib - YENİLƏNİB
NATO Baş katibi: Gürcüstanda baş verənlərdən narahatıq
Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
