Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayıb
sizinxeber.az xəbər saytı

Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayıb


Avropa Komissiyası Rusiyaya qarşı daha geniş şəbəkəni əhatə edəcək 17-ci sanksiyalar paketini hazırlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Sanksiyalar çərçivəsində Rusiya neftini daşıyan donanmaya qarşı məhdudiyyətləri gücləndirmək, yəni sanksiyalara məruz qalan gəmilərin sayının iki dəfə artırmaq nəzərdə tutulduğu bildirilir.

Belə ki, sanksiya siyahısına 60 fiziki və hüquqi şəxsin, 150 gəminin əlavə edilməsi təklif edilir. Bu zaman sanksiyaya məruz qalan gəmilərin ümumi sayı 300-ü keçə bilər.

Məlumata görə yeni məhdudiyyətlərin tətbiqi və ya bu addımdan imtina ilə bağlı yekun qərarı mayın 20-də Brüsseldə Avropa İttifaqının xarici işlər nazirləri verəcək.

Oxşar xəbərlər

KİV: Aİ səfirləri noyabrın 27-də Rusiyaya qarşı 15-ci sanksiyalar paketini müzakirə edəcək
Aİ fevralın 24-dək Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul etmək istəyir
Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayır
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle